“Azərbyacan iqtisadiyyatını təhlükələrin gözləməsi ilə bağlı yayılan məlumatların əsası yoxdur”
Son günlər Azərbaycanın milli valyutası manatın məzənnəsinin dollara nisbətən aşağı düşməsini bəzi hallarda ölkədə yüksək qiymət artımı və inflyasiyaya gətirib çıxaracağı kimi fikirlər səsləndirilir.
Sözügedən məsələlərlə bağlı bu günki situasiyanı AZXEBER. COM-a şərh edən millət vəkili Aydın Mirzəzadə bildirdi ki, ölkənin dövlət qurumları tərəfindən bu məsələlər diqqət mərkəzində saxlanılır: “Hökumət bu günki situasiya ilə bağlı adekvat addımlar atacaq. Azərbaycanda iqtisadiyyat inkişaf edən tempdədir. Fevralın 16-da atılan addım isə dünyada gedən proseslərdə Azərbaycan milli valyutasının məzənnəsinin tənzimləməsi ilə bağlıdır. Bu daxili bazarı qorumaq, eyni zamanda, ölkəni ağır iqtisadi fəsadlardan xilas etmək üçündür. Hal-hazırda Milli Bankın açıqlamasından bu nəticə çıxır. Belədə isə, Azərbaycan iqtisadiyyatında nə böhran, nə sıçrayışlı inflyasiya var və bu gözlənilmir də. Azərbaycan iqtisadiyyatını təhlükələrin gözləməsi ilə bağlı yayılan məlumatların əsası yoxdur. 2015-ci ilin qəbul edilmiş dövlət büdcəsi var. Hökumət üzvlərinin açıqlamalarında isə narahatlıq hiss olunmur. Hazırki situasiyada yaşananlar keçid dövrü ilə əlaqədar problemlərdir ki, həmin məsələlərlə bağlı hökumət tərəfindən adekvat addımlar atılıb və yaxın gələcəkdə də atılacağına şübhə etmirəm”.
Orxan