Azərbaycan-İran sərhədində sərhəd pozucuları ilə sərhədçilər arasında silahlı insident baş verib.
Azərbaycan-İran sərhədində sərhəd pozucuları ilə sərhədçilər arasında baş verən silahlı insidentdə ölən və yaralanan hərbçilərin adları məlum olub.
AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, silahlı insident Lerik rayonu ərazisində baş verib. İnsidentdən sonra Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına məxsus təcili yardım maşını Lerikə gedərək yaralıları Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriblər.
İnsident zamanı həlak olan hərbçi 37 yaşlı mayor Maqsud Nağıyevdir. 50 yaşlı polkovnik-leytenant Azər Şəfiyev və 29 yaşlı Vüqar Vahabov isə yaralanıblar. Məlumata görə, hər iki yaralı yaxın saatlarda Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriləcək.Hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.