Azərbaycan İslam Demokrat Partiyasının sədri İranı kəskin şəkildə tənqid etdi

Azərbaycan İslam Demokrat Partiyasının sədri İranı kəskin şəkildə tənqid etdi
Bütün Xəbərlər
02:11 24.08.2011
1372

Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı İranın Azərbaycana yönəlik müdaxilələrinə sərt reaksiya verib. AZXEBER.COM-un məlumatına görə, İranda insan haqlarının pozulmasına toxunan AİDP sədri yazılı açıqlamasında deyib ki, hazırda İran hakimiyyətinin daxili və xarici siyasətində ciddi çatışmazlıq yaşanır: “Bu çatışmazlıq İranın keçmiş SSRİ kimi müstəmləkə yaratmaqla dünyadan təcrid olunma yolu tutması ilə bağlıdır. İranda 30 ildən artıqdır xalqa cəhənnəm əzabı verilir. Şəriət qaydalarını hakim tutan rejim siyasətdə İslama zidd gedərək öz maraqlarını təmin etməklə, özünə gün ağlamaqla məşğuldur. Bu ölkədə müxalifətçilərin təqib, təzyiq və təhqir olunması, soydaşlarımızın təhqir olunması, ana dilinə qadağa qoyulması, etiraz edənlərin həbsi, işsizlik və zillət içində yaşaması İranın siyasi hakimiyyətinin mahiyyətindən xəbər verir”. İranın Azərbaycanın daxili və xarici siyasətinə müdaxiləsini region, qonşuluq və islami baxımdan düzgün hesab etmədiyini deyən AİDP sədrinin sözlərinə görə, bu ölkəyə rəhbərlik edənlərin 30 ildə apardıqları uğursuz siyasətin günahını Azərbaycan və İsrailin əməkdaşlığında görməsi çox gülünc və qeyri-ciddi yanaşmadır. “İslam dünyasında bir tək faciə var, o da istibdad və despotizmdir“ deyən T. Abbaslı hesab edir ki, müsəlmanlar dəyişməli, insan haqlarına və demokratiyaya qapı açılmalıdırlar: “Yəhudilərin ağıllarına gətirmədikləri xeyirləri islam ölkələrindəki despotizm onlara hədiyə edir. Yəhudi düşmənçiliyi olmamalıdır, yəhudilər də insan və bir millətdir. Əlbəttə sionizmi və ona bənzər xüsusiyyətləri sevmirik və dəstəkləmirik, əksinə onlara qarşı mübarizə aparılmalıdır. Hesab edirik ki, bütün islam ölkələri, həmçinin İran artıq yəhudi dövlətini rəsmən tanımalı, yeni doğru münasibətlər qurulmalıdır”. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi