Azərbaycan kinoteatrları ‘Rusiya-Gürcüstan müharibəsi’ni qadağan etdi - VIDEO

Azərbaycan kinoteatrları ‘Rusiya-Gürcüstan müharibəsi’ni qadağan etdi - VIDEO
Bütün Xəbərlər
11:20 21.02.2012
2289

Rəsmi Bakının müdaxiləsindən sonra Azərbaycanın ən böyük kinoteatrı olan „Park Cinema“da Rusiyada istehsal olunmuş "Август восьмого" filminin nümayişi gündəlikdən çıxarılıb. 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana qısa hərbi basqınını əks etdirən film „siyasi ziddiyyətlərdən “ dolayı qadağa ilə üzləşib.

Rəsmi Bakı Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edir. Bu yaxınlarda rəsmi Bakı cənubi Osetiyada keçirilmiş seçkilərin nəticələrini tanımaqdan imtina etdi. Qərb də guya öz vətəndaşlarının hüquqlarının müdafiəsi üçün ayağa qalxan Moskvanı Gürcüstan olaylarına görə açıq şəkildə ittiham etdi. 6 zalı ilə 6 yüzdən artıq tamaşaçı tutan „Park Cinema“ fevralın 21-dən etibarən sözügedən filmi nümayiş etdirməyi planlaşdırmışdı. Sonda kinoteatrın rəhbərliyi bu fikirdən daşınıb. „Bizə çoxsaylı müraciətlər daxil oldu. İctimaiyyət siyasi ziddiyyətlərlə zəngin olan filmin nümayişini məqsədə uyğun saymadı “. Kinoteatrın adının çəkilməsini istəməyən nümayəndəsi “Reuters“ə belə deyib: “Qərara gəldik ki, onu nümayişdən çıxaraq, tezliklə filmin afişalarını da yığışdıracağıq “. Rejissor Canik Fazyıevin və prodüser Fedor Bandarçukun filmində zabit sülh yaratmaq üçün formalaşdırılmış könüllülərdən ibarət hərbi birləşməyə qoşulur. O, balaca oğlu ilə qan içində boğulan Sxinvaliyə gəlib düşür. Artıq gürcü tankları şəhəri darmadağın edib...Filmin yaradıcıları tamaşaçılara söz vermişdilər ki, film “2 saat ərzində başgicəlləndirici xüsusi effektlərlə zəngindir. Müharibənin ət maşınından keçən şəhərdəki dəhşətlər bütün çılpaqlığı ilə əksolunub “. „РИА Новости“ və Rusiyanın birinci televiziya kanalı filmin sponsorları sırasındadırlar...

Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR