“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir - FOTO

GƏNCLİK
11:59 07.12.2023
2198

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən "Azərbaycan Könüllülük Həftəsi 2023” ümummilli liderin gənclərə ünvanlandığı dəyərli tövsiyələrə əsaslanan "Vətənpərvərlik”, "Təhsil və Elm”, "İdman və Sağlamlıq”, "Mədəniyyət” və "Mənəvi Tərbiyə” kimi istiqamətlərlə fəaliyyətini davam etdirir.

"Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində "Vətənpərvərlik” istiqaməti üzrə sonuncu "Zəfərin İZi ilə” layihəsi həyata keçirilib. Könüllülərimiz Zəngilan rayonunun Ağalı, Cəbrayıl rayonunun isə Cocuq Mərcanlı kəndini ziyarət edərək, məktəb şagirdləri üçün könüllülük haqqında məlumatlandırma sessiyaları təşkil ediblər. Ümumilikdə 40 nəfərdən ibarət könüllünün iştirakı ilə 14-17 yaş arası şagirdlərə könüllü fəaliyyətinin əsasları, fərqli istiqamətlərdə könüllülük, könüllülüyün ölkəmizdəki inkişafı, könüllü təşkilatları və onların fəaliyyət dairəsi ilə əlaqədar məlumatlar verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Könüllülük fəaliyyətindən danışılarkən Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərin, könüllülərin Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm zəfərdə böyük pay sahibi olduqları xüsusi olaraq vurğulanıb.

İnfosessiyadan dərhal sonra könüllülərimiz "Nə? Harada? Ne zaman?” formatında intellektual oyun oynayıblar. İrəliləyən dəqiqələrdə gənclərimiz müxtəlif könüllü fəaliyyətlərə cəlb olunaraq ərazidə yaşayan sakinlərə gündəlik həyat fəaliyyətlərində müxtəlif yardım və dəstək göstəriblər.

"Azərbaycan Könüllülük Həftəsi 2023” başladıqdan bu günədək "Könüllü Ol” layihəsi üzrə artıq üç universitetdə görüş keçirilib. Görüş çərçivəsində universitetin müxtəlif kurslarında təhsil alan tələbələrə könüllü fəaliyyətləri ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, "Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "ASAN xidmət"in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq