Azərbaycan komandası şahmat olimpiadasının qalibi oldu

Azərbaycan komandası şahmat olimpiadasının qalibi oldu
İDMAN
16:26 05.11.2019
3700

16 yaşadək şahmatçılardan ibarət Azərbaycan komandası Türkiyənin Çorum şəhərində keçirilən Olimpiadanın qalibi olub.

Sonuncu turda Çin üzərində qələbə qazanılıb. Vüqar Manafov, Əhməd Əhmədzadə və Məhəmməd Muradlı heç-heçə etdiyi halda, ötən ay 14 yaşlı şahmatçılar arasında dünya çempionu olan Aydın Süleymanlı rəqibindən üstün olaraq, yekunda qələbəni təmin edib. Beləliklə, xallarını 16-ya çatdıran "Azərbaycan" Rusiya, Çin, Ukrayna kimi güclü şahmat ölkələrinin təmsilçilərini geridə qoyub.

Monqolustan, ABŞ, Kanada, İsrail, Qazaxıstan və Yunanıstanı məğlub edən komandamız təkcə Özbəkistan və Ukrayna ilə heç-heçə edərək, liderliyi sonadək qoruyub.

Ən yüksək nəticəni Aydın Süleymanlı göstərib. O, 9 tura 7 xal qazanıb.

Qeyd edək ki, 48 iştirakçının qatıldığı Olimpiadada Azərbaycan 2 komanda ilə mabarizə aparıb. Digər təmsilçimiz "Azərbaycan-Naxçıvan" turnirdə 9 oyundan 3-də qalib gəlib, 2-də heç-heçə edib və 4-də uduzub. Aktivində 8 xalı olan komanda yarışı 29-cu yerdə bitirib.

OXŞAR XƏBƏRLƏR