Azərbaycan mədəniyyətində ilk: "GALAXY" – Multisensor kosmik sənət layihəsi

Azərbaycan mədəniyyətində ilk: "GALAXY" – Multisensor kosmik sənət layihəsi
MƏDƏNİYYƏT
14:40 19.05.2026
721

Azərbaycanda elm və incəsənətin sintez olunduğu ilk multidissiplinar layihə hesab edilən "Galaxy” albomu və konsert proqramı tamaşaçılara təqdim olunacaq.

Bu haqda layihənin rəhbəri, bəstəkar Əsmər Behbudova AZXEBER.COM-a açıqlamasında deyib.

Xanım bəstəkar bildirib ki, "Galaxy” onun üçün sadəcə bir albom deyil, üç illik yaradıcılıq axtarışının və ruhsal kəşflərin nəticəsidir:

"Düz 3 il. Bu musiqiləri bəstələmək, hər notda kainatın sonsuzluğunu və ulduzların sükutunu hiss etmək üçün keçən kəşflərlə dolu bir zaman idi. "Galaxy” mənim üçün yalnız bir albom deyil; bu, üç illik ruhsal axtarışın, gərgin əməyin və ölkəmizin mədəniyyət məkanında ilk dəfə reallaşan, elm və incəsənətin kəsişdiyi multidissiplinar bir vizyonun bəhrəsidir”.

Əsmər Behbudova qeyd edib ki, layihə "Harmony Event Group” komandası ilə birlikdə hazırlanır və məqsəd sadəcə konsert deyil, immersiv təcrübə yaratmaqdır:

"Biz bu layihəni yalnız bir konsert kimi deyil, hər detalı incəliklə düşünülmüş immersiv bir təcrübə kimi ərsəyə gətirdik. Məqsədim tamaşaçıları yalnız musiqi ilə deyil, vizual və emosional olaraq da bu sonsuzluğun bir parçasına çevirməkdir”.

Konsertin 06 iyun 2026-cı il tarixində "Kapellhaus" məkanında keçiriləcəyi bildirilib. Gecədə rəqəmsal instalyasiyalar müəllifi Emin Mathers və Amethyst Band da çıxış edəcək.

Bəstəkar vurğulayıb ki, bu layihə Azərbaycan musiqi tarixində yeni bir mərhələnin başlanğıcı olacaq:

"Bu gecə musiqinin kainatın ritmi ilə qovuşduğu andır. Bu tarixi anın bir parçası olmağınız mənim üçün çox dəyərlidir”.
 
Aysel Hacızadə
 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
18:50 29.10.2026
İsraildən Rumıniyaya yük daşıyan gəmi Qara dənizdə batıb
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
18:36 29.10.2026
"Reuters": İran sanksiyalardan yayınaraq 2 milyard dollardan çox hərbi avadanlıq idxal edib
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
18:23 29.10.2026
Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
18:13 29.10.2026
İƏT-in Baş katibi Azərbaycanda təqaüdlə təhsil alan xarici tələbələrlə görüşüb
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
18:11 29.10.2026
Avropa Mərkəzi Bankının prezidenti fevralda vəzifəsindən ayrılacaq
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
18:02 29.10.2026
Diplomatiyada qarşılıqlılıq yaddaşı nə deməkdir? - İZAH
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
17:47 29.10.2026
Elm və Təhsil Nazirliyi Daşkənddə keçirilən yüksək səviyyəli tədbirlərdə təmsil olunub
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
17:43 29.10.2026
“Parker Russell Azerbaijan” “2026-cı ilin ən yaxşı konsaltinq şirkəti” mükafatına layiq görülüb - FOTO
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
17:38 29.10.2026
Diplomatiyanın qarşılıqlılıq prinsipi: 2024-cü ildə niyə Şuşa yox, Berlin üstün tutuldu?
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
17:34 29.10.2026
İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
17:29 29.10.2026
Elm və Təhsil Nazirliyi Mərkəzi Asiya Beynəlxalq Təhsil Forumunda iştirak edib
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
17:19 29.10.2026
Şuşada Yılmaz, Bakıda Fidan, Ankarada Bayramov: Diplomatiyanın qarşılıqlılıq prinsipi
Bakıda idmançı məşq zamanı öldü
17:17 29.10.2026
Bakıda idmançı məşq zamanı öldü
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
17:17 29.10.2026
Bakı dünya futbolunun mərkəzində: FIFA U-15 Azərbaycan üçün niyə önəmlidir?
Ceyranbatanda 10 şagird zəhərləndi
16:54 29.10.2026
Ceyranbatanda 10 şagird zəhərləndi
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama
16:40 29.10.2026
Məktəbdə jurnalisti döyən 3 nəfərə cinayət işi açıldı - DİN-dən rəsmi açıqlama