Azərbaycan millisi Avropa çempionatında ilk medalını qazandı

Azərbaycan millisi Avropa çempionatında ilk medalını qazandı
İDMAN
01:21 30.06.2013
1317

Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan milli komandası ilk medalını qazanıb.

Trend Azərbaycan Avarçəkmə Federasiyasına istinadən məlumat verir ki, kanoeçimiz Aleksey Kupin yeniyetmələrin mübarizəsində 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb.

Təmsilçimiz finişə 4 dəqiqə 1,778 saniyəyə çatıb. Ukraynalı Pavlo Altuxov 3 dəqiqə 57,274 saniyə nəticə ilə qızıl, macarıstanlı Kristof Xat isə 3 dəqiqə 58,302 saniyə göstərici ilə gümüş medala sahib olub.

Qeyd edək ki, Aleksey Kupin Avropa çempionatında 500 metr məsafəyə yürüşdə də finala yüksəlib. 18 yaşlı kanoeçimiz iyunun 30-da Bakı vaxtı ilə saat 12:39-da daha bir medal uğrunda mübarizə aparacaq. Bu məsafəyə yürüşdə kayakçımız Mirnazim Cavadov da finalda çıxış edəcək. Onun iştirakı ilə yürüş isə sabah saat 15:55-də olacaq.

Həmçinin, Avropa çempionatında 200 metr məsafəyə seçmə yürüşlər keçirilib. Azərbaycan təmsilçilərinin hamısı ilk "yeddiliy"ə düşərək yarımfinala vəsiqə qazanıb.

Yeniyetmə kanoeçimiz Mikita Sablin 1 nəfərlik qayıqla yürüşdə finişə 43,754 saniyəyə çataraq 2-ci olub. O, birbaşa əsas finala vəsiqə qazanan ilk pillənin sahibi, macarıstanlı Conatan Haydudan cəmi 1,064 saniyə geri qalıb.

Mirnazim Cavadov 23 yaşadək kayakçıların mübarizəsində 1 nəfərlik qayıqla 37,758 saniyə nəticə ilə 3-cü olub. O isə ilk pillədəki bolqarıstanlı Kristian Duşevdən 0,700 saniyə geri qalıb.

Anatoli Melnik 23 yaşadək kanoeçilərin yarışında 1 nəfərlik qayıqla finiş xəttini 45,254 saniyəyə 5-ci keçib.

Amil Hüseynli - Yasin Əhmədov dueti yeniyetmə kayakçıların mübarizəsində 2 nəfərlik qayıqla finişə 37,494 saniyəyə 6-cı çatıb. Hüseynli yeniyetmələr arasında 1 nəfərlik qayıqla yürüşdə isə 39,949 saniyə nəticə göstərib və 7-ci olub.

23 yaşadək kanoeçilərin mübarizəsində 2 nəfərlik qayıqla yürüşdə Tamerlan Mustafayev - Aleksandr Piçugin dueti də 7-ci yeri tutub. Lakin onlar finişə 38,665 saniyəyə çatıblar.

Qeyd edək ki, 200 metr məsafəyə yarımfinal yürüşləri iyunun 29-da Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib