Azərbaycan millisi Avstriyanı uddu

Azərbaycan millisi Avstriyanı uddu
SOSİAL
13:32 11.10.2026
146
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının sonuncu yarış günündə qarışıq komanda mübarizəsinə start verilib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan millisi 1/16 final mərhələsində Avstriya yığması ilə qarşılaşıb və rəqibini 4:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

Komandamıza ilk xalı qadınların +70 kq çəki dərəcəsində Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb.

Daha sonra kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşvilini məğlub edərək hesabı 2:0-a çatdırıb. -57 kq-da Xədicə Qədəşova Laura Kallingerə qalib gəlib.

Ardınca -73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev Firas Ben Saadı üstələyərək Azərbaycan millisinin dördüncü qələbəsini rəsmiləşdirib.

Beləliklə, qarşılaşmada 4:0 hesablı üstünlük əldə edən millimiz mübarizəni vaxtından əvvəl başa vuraraq 1/8 finala vəsiqə qazanıb.

Azərbaycan yığması növbəti mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR