Azərbaycan Mixail Delyaginə cinayət işi açdı - Beynəlxalq axtarışa verdi

Azərbaycan Mixail Delyaginə cinayət işi açdı - Beynəlxalq axtarışa verdi
SİYASƏT
15:15 30.03.2022
633
Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Dumanın İqtisadi siyasət üzrə komitəsinin sədr müavini Delyagin Mixayıl Qennadyeviçin son günlər kütləvi informasiya vasitələrində iki dövlət arasında olan qarşılıqlı fəaliyyətin prinsiplərinə zidd mövqe sərgiləyən çıxışları ilə bağlı Baş Prokurorluqda araşdırma aparılıb.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Mixayıl Delyagin 2022-ci il 28 mart tarixində Rusiya Federasiyasının "Rossiya 1” telekanalında yayımlanan verilişdə Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibəni başlamağa açıq çağırışlar edərək ölkəmizin enerji infrastrukturu və neft sənayesinin məhv edilməsi üçün taktiki nüvə silahından istifadə olunması barədə təxribat xarakterli çıxış edərək, sosial media platformasında bu barədə kütləvi sorğu keçirmişdir. Rusiya Federasiyasının vətəndaşı Mixail Delyaginin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 101.2 (təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədilməklə hədələdikdə), 283.2.1 və 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinin tərkib əlamətləri olduğundan 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həmin maddələrlə cinayət işi başlanmaqla ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur. İttiham üçün əsas verən kifayət qədər sübutlar toplandığından 29 mart 2022-ci il tarixdə Mixayıl Delyagin Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İNTERPOL vasitəsilə beynəlxalq axtarışa elan edilmişdir. Eyni zamanda bir sıra tərəfdaş dövlətlərin səlahiyyətli orqanlarına təqsirləndirilən şəxsin həmin ölkələrin ərazisinə daxil olduqda dərhal tutularaq istintaqa cəlb edilməsi üçün Azərbaycan Respublikasına verilməsinin təmin edilməsi məqsədilə müraciətlər göndərilmişdir. Hazırda cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi təmin olunacaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
20:19 08.10.2026
Cəbrayılda 2-ci mina partlayışı hadisəsi baş verib
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
20:12 08.10.2026
Uraloğlu: Qars-İğdır-Dilucu dəmir yolu xətti ilə Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu əlaqələrini gücləndiririk
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
20:07 08.10.2026
"Baku TV" Azərbaycan və Türkmənistan xalqları arasında dostluğu qabardıb
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
20:03 08.10.2026
"Baku TV": Türkmənistanda region üçün mühüm siyasi görüş keçirilir
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
20:00 08.10.2026
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
19:40 08.10.2026
Omskda Rusiyanın ən iri neftayırma zavoduna PUA hücumu olub
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
19:38 08.10.2026
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarıldı
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
19:26 08.10.2026
"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
19:11 08.10.2026
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
18:54 08.10.2026
Rusiya: Ukraynada döyüşlərin dondurulması həll yolu deyil
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
18:41 08.10.2026
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
18:31 08.10.2026
Avropa Parlamenti Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
18:18 08.10.2026
Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
17:48 08.10.2026
Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
17:40 08.10.2026
Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər
17:19 08.10.2026
Azər Türk Bank nümayəndələri beynəlxalq konfransda iştirak ediblər