Azərbaycanın tanınmış xanəndəsi Qoçaq Əsgərov İspaniyada növbəti çıxışına hazırlaşır.Lent.az-ın məlumatına görə, xanəndə sentyabrın 23-də İspaniyanın İnstitut de Cultura de Barcelona mərkəzində musiqiçilərimizin müşayiəti ilə konsert proqramı ilə çıxış edəcək.Qeyd edək ki, konsert Barselonada keçirilən beynəlxalq musiqi festivalı “Merce-2012 – Merce Musica” çərçivəsində təşkil edilib. Bu barədə xanəndə özü məlumat verib: “Bizim çıxışımız Barselonadakı səfirliyimizin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin xətti və eyni zamanda YUNESKO-nun eksperti Sənubər Bağırovanın dəstəyi nəticəsində baş tutur. Bu, Barselonada ilk azərbaycanlı musiqiçinin konserti hesab ediləcək”.