“Azərbaycan müğənniləri Türkiyədə heç vaxt qəbul olunmayacaq..." Nigar Muharrəm

MAQAZİN
14:40 13.02.2020
5380

"Türkiyə əhalisinə görə Azərbaycandan qat-qat böyük ölkədir. Ona görə də burada məşhur olmaq Azərbaycandan daha çətindir. Bu istəyinə nail olmayanların isə bir bəhanəsi var: türklər azərbaycanlıları qəbul etmir, saymır, nə bilim daha nələr. Məncə, bu, Türkiyədə heç nə edə bilməyib, səbəb axtaranların bəhanəsidir”.


Bu sözləri hazırda Türkiyədə uğurlu solo fəaliyyət göstərən müğənni Nigar Muharrem AZXEBER.COM -a deyib.


-Azərbaycan müğənnisi üçün Türkiyədə işləmək nə dərəcədə rahatdır? Çünki bəzi müğənnilərimiz iddia edir ki, orada azərbaycanlıları bəyənmirlər, bizim müğənniləri sıxışdırırlar. Hətta "onlar heç vaxt bizimkiləri qəbul etməyəcək” kimi stereotip var – fikrinə Nigar belə cavab verdi:

 

"Bu belə olsaydı, mən artıq Türkiyənin 5 ərazisində konsert verə bilməzdim. Konsertin birinə 200, digərinə 800 nəfər gəlməzdi. Ən çox tamaşaçı "Sparta”da təşkil olunan konsertdə yığıldı. Məkan sahibi hətta dedi ki, bu 800 nəfər sırf sənə görə gələnlərdir. Yəni adəti üzrə bütün konsertlərə gələn tamaşaçılar deyil, sırf sənin dinləyicilərindir.


 

Milli ayrı-seçkiliklə bağlı isə müğənni bunları dedi:

 

"Doğrusu, heç burada məndən milliyət soruşan da yoxdur. Hətta azərbaycanlı olduğumu biləndə, bəziləri təəccüb də keçirir. Yəni dinləyici səni milli mənsubiyyətinlə deyil, mahnılarınla sevir. Mahnın sevilirsə, konsertin də olacaq, albomun da satılacaq.”

 

Bu yerdə Nigar digər Azərbaycan müğənnilərinin də Türkiyədəki uğurlarını vurğuladı:

 "Türkiyənin çörəyini yeyən Azərbaycan müğənnisi tək mən deyiləm ki. Məndən savayı 3-4 gənc müğənni xanım da burada sevilir. Hətta yalnız bir mahnısı ilə "partlayış” etmiş Aysel Əlizadə üçün burada konsertlər təşkil olunur, pullar qazandırırlar. Bu müğənnilərdən heç biri heç vaxt deməyəcək ki, Türkiyədə Azərbaycan müğənniləri qəbul olunmur, sevilmir, sıxışdırılır və ya digər bu kimi cəfəngiyyatları dilinə gətirməz də. Hamısı uğur əldə edə bilməyənlərin boş bəhanəsidir. Hər şey mahnıdan asılıdır. Sən Türkiyədə mahnını partlat, heç səni araşdıran olmayacaq, sən azərbaycanlısan, ərəbsən ya da daha kimsən. Əsas, mahnının uğurudur”.

 

-Bəs, sənə qarşı orada münasibət necədir? - sualına isə Nigar Muharrem çəkinmədən qazancını etiraf etdi:

"Şəxsən mən cəmi bir neçə aydır ki, burada rəsmi olaraq işləyirəm, gözəl də qarşılanıram, yaxşı da qazanıram. Üzümə xoş baxırlar ki, qazanıram ki, ailəmdən ayrı burada qalmağı qəbul etmişəm. Hazırda da növbəti konsertimə hazırlaşıram”.


 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

11:29 01.10.2020

Düşmənin artilleriya qurğularının məhv edilməsinin - Videosu

11:21 01.10.2020

Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyur

11:15 01.10.2020

Ordumuz Qarabağda erməni birləşmələrini necə əzir? - Sabiq korpus komandiri açıqladı

10:57 01.10.2020

Azərbaycan PUA-ları Xankəndinin kabusu oldu

10:36 01.10.2020

Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verildi

10:34 01.10.2020

Xanlar Vəliyev: “Fərarilik cinayətlərinin kökü kəsilib”

10:30 01.10.2020

Polşalı deputat: "Qarabağla bağlı beynəlxalq hüququn tələbləri yerinə yetirilməlidir"

10:29 01.10.2020

Hərbi prokuror: “Ötən illə müqayisədə qeyri-hərbi cinayətlər xeyli azalıb”

10:27 01.10.2020

Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər yaralanıb, 16 nəfər həlak olub

10:24 01.10.2020

27 il dalana dirənən danışıqların finalı: düşmən indi ağalarına yalvarır...

10:14 01.10.2020

Ermənilərin atdığı mərmi Tərtər avtovağzalına düşdü - bir mülki şəxs həlak oldu

10:06 01.10.2020

Xarici jurnalistlər, ictimai-siyasi xadimlər Azərbaycana dəstək olublar

09:54 01.10.2020

Ermənilər Tərtəri artilleriya atəşinə tutur - RƏSMİ

09:51 01.10.2020

Azərbaycan ordusu düşmənin başına od ələyir – Prezident atəşkəs şərtini açıqladı

09:37 01.10.2020

"Qarabağ"ın rəqibində koronavirus aşkarlandı

09:26 01.10.2020

Kolumbiya Senatı Ermənistanın təcavüzünü pislədi

X Mostbet