Azərbaycan müxalifəti icazəsiz aksiya keçirəcək- Bakının mərkəzində

Azərbaycan müxalifəti icazəsiz aksiya keçirəcək- Bakının mərkəzində
Bütün Xəbərlər
11:06 11.10.2012
1372
İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinin 13 oktyabr yürüş-mitinqi ilə bağlı cavabına etiraz edib. Bu barədə  danışan Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, İctimai Palata Bakı Meriyasının qərarı ilə razılaşmayaraq, yürüş-mitinq keçirmək qərarına gəlib.  G.Aslanlının sözlərinə görə, hələlik sözügedən yürüşün nə zaman keçiriləcəyi dəqiqləşdirilməyib.“Biz Bakı Şəhər İcra Hakimiyyətinin qərarına etiraz edirik. Onlar bizə “20-ci sahə”də mitinq keçirməyi təklif edirlər, halbuki, biz onlara dinc yürüş üçün müraciət etmişdik. Təbii ki, biz bu təklifi qəbul etmirik. İctimai Palata yürüş keçirmək qərarını dəyişməyəcək. Biz icazə verilməsə də, bunu həyata keçirəcəyik. Sadəcə, hələlik dəqiq deyə bilmərəm yürüş nə zaman olacaq, amma biz bu aksiyadan imtina etməyəcəyik”, - deyə G.Aslanlı məlumat verib.
OXŞAR XƏBƏRLƏR