Bakıda hərbçini maşın vuraraq öldürüb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, 1988-ci il təvəllüdlü Tural Məhərrəm oğlu Bəşirov “VAZ-2106” markalı maşın tərəfindən vurulub. Hərbçi aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, yol qəzasında ölən hərbçi məzuniyyətdə olub. //apa