Azərbaycan Ordusunda nurçu var? - GENERALDAN AÇIQLAMA

Azərbaycan Ordusunda nurçu var? - GENERALDAN AÇIQLAMA
SOSİAL
11:15 27.07.2016
1599

Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Türkiyə Ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərən bəzi kütləvi informasiya vasitələrində yer alan yazılara cavab verib.

K. Vəliyev APA-nın bununla bağlı sorğusuna cavabında bildirib ki, bəzi kütləvi informasiya vasitələrinin ümumilikdə qardaş Türkiyədə və xüsusilə onun ordusunda baş verən son hadisələri Azərbaycan Silahlı Qüvvələri ilə əlaqələndirməyə cəhd göstərməsi heç bir əsası olmayan cəfəng addımdır: ““Nurçular” və ya digər radikal cərəyanların Silahlı Qüvvələrimizə təsir göstərməsi istisna edilir və bunun üçün heç bir zəmin yoxdur. Bu kimi məsələlər Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ciddi nəzarəti altındadır. Müdafiə Nazirliyinin rəhbərliyi, komandanlıq, eləcə də müvafiq təhlükəsizlik orqanları tərəfindən bu sahədə ehtimal olunan hər hansı cəhdin qarşısı isə dərhal və birdəfəlik alınacaq”.

K. Vəliyev bildirib ki, bu gün ordumuzda aparılan ideoloji təbliğat işləri, dövlətçilik ənənələrinin qorunması və Ali Baş Komandana sadiqlik Silahlı Qüvvələri bütün xarici və daxili radikal təsirlərdən uğurla qorumağa imkan verir:

“Türkiyəli hərbi müəllimlərin və digər mütəxəssislərin Azərbaycan Silahlı Qüvvələrində çalışması məsələsinə gəlincə isə bildirirəm ki, 2000-ci illərdən Türkiyənin müəllim və təlimatçıları ordumuzda çalışmır və fəaliyyət göstərmirlər. Azərbaycandan kənarda qardaş Türkiyədə, o cümlədən digər dövlətlərdə təhsil alan hərbi qulluqçularımızla həmin ölkələrdəki hərbi attaşelik aparatlarımız, səfirliklərimiz mütəmadi əlaqə saxlayır və onların fəaliyyətləri daim nəzarətdədir. Bu səbəbdən də Azərbaycanlı kursantların Türkiyədə baş verən son hadisələrdə adlarının hallandırılmasının da heç bir əsası yoxdur”.

K. Vəliyev Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, xüsusilə də hərbi sahədə əməkdaşlığın hər iki ölkənin maraqlarına uyğun inkişaf etdiyini bildirib: “Bu əməkdaşlığa xələl gətirmək məqsədi güdən istənilən səy və müdaxilənin qarşısı istər Azərbaycan, istərsə də Türkiyə tərəfindən qətiyyətlə alınacaq”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
14:10 12.09.2025
“Albaniya kimdir ki, belə addım atsın” - Misir Mərdanov süni intellektin nazir təyin olunması haqda danışdı
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
13:33 12.09.2025
Zaur Nəbioğlunun verilişi bağlanıb? - AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ