Azərbaycan Ordusunda qanlı gün: 2 nəfər öldü

Azərbaycan Ordusunda qanlı gün: 2 nəfər öldü
Bütün Xəbərlər
18:27 17.04.2012
1855
Müdafiə Nazirliyi N saylı hərbi hissədə baş vermiş silahlı insident haqqında məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 17-də Müdafiə Nazirliyi Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.Əsgər Məmmədov Vüqar İntiqam oğlunun tabeliyində olan avtomat silahından açılan atəş nəticəsində əsgərlər Nağızadə Pünhan Kamran oğlu və Hüseynov Müseyib Azad oğlu dünyasını dəyişib, digər iki nəfər isə yaralanıb.Əsgər V.Məmmədov həbs edilərək fakt üzrə cinayət işi başlanılıb.Hazırda Müdafiə Nazirliyinin yüksək zabit heyətindən ibarət komissiyası Hərbi Prokurorluqla birlikdə hadisənin səbəblərini araşdırır.***16.54Azərbaycan Ordusunda silahlı insident olub. İnsident Müdafiə Nazirliyinin Göygöldə yerləşən “N” saylı hərbi hissəsində baş verib. Gəncə Hərbi Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, artıq Hərbi Prokurorluğun nümayəndələri hadisə yerinə yollanıb.ANS PRESS-in bölgə müxbirinin xəbərinə görə, Gəncə Hərbi Prokurorluğu ölən və yaralanan əsgərlərin adlarını təsdiqləyib.Milli Ordunun əsgəri tabeliyində olan avtomatdan atəş açaraq iki əsgəri öldürüb, daha iki nəfəri yaralayıb.
OXŞAR XƏBƏRLƏR