Azərbaycan ordusunun 18 yaşlı əsgəri faciəli şəkildə öldü

Azərbaycan ordusunun 18 yaşlı əsgəri faciəli şəkildə öldü
Bütün Xəbərlər
11:25 12.04.2013
4974

Azərbaycanda əsgər faciəli şəkildə dünyasını dəyişib.

Hadisə Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Bu ay Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılan, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sarvan oğlu hərbi hissənin yataqxanasının 3-cü mərtəbəsindən yıxılıb. Nəticədə F. Hüseynov ağır vəziyyətdə hospitala yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. 

Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova faktı təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.//apa

OXŞAR XƏBƏRLƏR