Azərbaycan ordusunun ən son keçirilən təlimlərindən - FOTOLAR

Azərbaycan ordusunun ən son keçirilən təlimlərindən -  FOTOLAR
Bütün Xəbərlər
16:40 08.05.2014
1385

Mayın 5-də başlayaraq Qaraheybət Təlim Mərkəzində keçirilən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə səhra təlimi bu gün başa çatıb.

Müdafiə Nazirliyinin məlumatına görə, ssenariyə əsasən təlimə 900 nəfərə yaxın şəxsi heyət, 100-dək hərbi texnika və 4 ədəd helikopter cəlb olunub.

Təlimdə iştirak edən şəxsi heyətin hazırlığı, bilik və bacarığı beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.

OXŞAR XƏBƏRLƏR