Azərbaycan Ordusunun əsgəri həlak oldu

Azərbaycan Ordusunun əsgəri həlak oldu
Bütün Xəbərlər
15:18 29.10.2012
1272
Azərbaycan Ordusu daha bir əsgərini itirib.
AZXEBER.COM-un məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Sıravi əsgər Pərvin Tofiq oğlu Babayev tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.1993-cü il təvəllüdlü P.Babayev Şərur rayonundan hərbi xidmətə çağırılmışdı.Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev ANS PRESS faktı təsdiqləyib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR