Azərbaycan Ordusunun əsgəri xidmətinin sonuna 1 ay qalmış intihar etdi

Azərbaycan Ordusunun əsgəri xidmətinin sonuna 1 ay qalmış intihar etdi
Bütün Xəbərlər
14:12 29.08.2013
2654

Cəlilabad rayonunda yerləşən hərbi hissədə əsgər ölümü olub. 

Hadisə Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd qoşunlarının yerləşdiyi hərbi hissədə qeydə alınıb. Göranboy rayonu Qızılhacılı kəndindən hərbi xidmətə çağırılmış Məmmədov Nofəl Nofər oğlu bu gün axşam saatlarında xidmət etdiyi hərbi hissədə asılı vəziyyətdə tapılıb. Əsgərin yaxınlarının dediklərinə görə, onun bir müddət əvvəl hərbi hissədə daha çox xidmət etmiş əsgələrlə dəfələrlə mübahisələri olub. Qeyd edək ki, Nofəl Məmmədovun hərbi xidməti başa vurmağına 1 ay qalıbmış. Məsələ ilə bağlı hərbi hissədən heç bir açıqlama verilməyib.//anspress

OXŞAR XƏBƏRLƏR