Azərbaycan Ordusunun əsgəri yandı

Azərbaycan Ordusunun əsgəri yandı
Bütün Xəbərlər
17:16 30.06.2014
2436
Azərbaycan Ordusunun əsgəri yanıq xəsarətləri alıb.
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdən birində qeydə alınıb.
Hərbi hissənin əsgəri Vüqar Mayis oğlu Qələbəgiyev hamamın sobasını yandırarkən üzərinə od sıçrayıb. Nəticədə bədinin müxtəlif nahiyələri yanan əsgər xəsarətlərlə hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Bildirilib ki, Silahlı Qüvvələrin baş mütəxəssisləri əsgərin müalicəsi ilə məşğuldur.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR