Azərbaycan Ordusunun mövqeləri minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri minaatanlardan və iriçaplı pulemyotlardan atəşə tutulub
Bütün Xəbərlər
09:51 27.08.2015
728

Ermənilər sutka ərzində atəşkəs rejimi 118 dəfə pozublar

Erməni silahlı bölmələri atəşkəs rejimini pozmaqda davam edir.

  Müdafiə Nazirliyindən verilən  xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 118 dəfə pozub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Çaylı,Ağdam rayonunun Novruzlu, Çıraqlı, Yusifcanlı, Şuraabad, Mərzili, Şirvanlı, Cəvahirli, Qaraqaşlı, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino,Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, həmçinin Goranboy, XocavəndFüzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

//apa.az

OXŞAR XƏBƏRLƏR