Azərbaycan Parisdə daşınmaz əmlak kompleksi aldı

İQTİSADİYYAT
08:09 21.12.2012
1895

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Paris şəhərinin Vandom meydanı-8 ünvanında yerləşən, dəyəri 135 mln. avro təşkil edən ofis və ticarət obyektlərindən ibarət daşınmaz əmlak kompleksinin satın alınmasına dair razılıq əldə edib.AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, daşınmaz əmlak obyektinin satıcısı qismində daşınmaz əmlak üzrə investisiya meneceri kimi fəaliyyət göstərən “AXA Real Estate Investment Managers” şirkəti, ARDNF-ın hüquq məsləhətçisi kimi “Allen&Overry” və broker olaraq “Cushman Wakefield” şirkətləri çıxış edib.

«Bu investisiya Fondun dünyanın bir sıra önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində yerləşən kommersiya daşınmaz əmlakı üzrə yüksək diversifikasiya olunmuş investisiya strategiyasına uyğun olaraq həyata keçirilib. Paris şəhərinin Avropanın ən böyük ofis daşınmaz əmlak bazarına malik olması, ARDNF-ın ilkin daşınmaz əmlak investisiyalarından birinin məhz bu şəhərdə həyata keçirilməsində mühüm rol oynayıb» - deyə fondun məlumatında deyilir.Vandom meydanı Parisin ən görkəmli yerlərindən biri olub, şəhərin əsas mərkəz-biznes ərazisi hesab olunur. Yüksək biznes profilinə malik şirkətlərin ofislərinin və lüks mağazaların təmərküzləşdiyi bu ərazi həm daxili, həm də xarici investorlar tərəfindən ciddi maraqla qarşılanır və yüksək icarə haqları ilə səciyyələnir. Özünəməxsus və zəngin memarlıq üslubuna malik olan bu meydan fransız klassikasının önəmli arxitekturalarından biri hesab olunur.Bina XVIII əsrdə inşa edilib və hazırda əsasən ofis, eləcə də ticarət və yaşayış məqsədləri ilə istifadə edilən görkəmli tikilidən, eləcə də 1950-ci illərdə tikilmiş ofis binasından ibarətdir. 1712-ci ildə klassik fransız barokko üslubunda tikilmiş bina Kral XIV Luinin şərəfinə inşa edilmiş məşhur Vandom meydanının bir hissəsidir. Binanın ümumi sahəsi 5400 kv. metr olub, ofis, ticarət və yaşayış sahələri kimi bir sıra nüfuzlu şirkətlərə, o cümlədən bir sıra maliyyə və hüquq xidməti şirkətlərinə, eləcə də zərgərlik məmulatları istehsal edən məşhur şirkətlərə icarəyə verilib.ARDNF-ın Vəsaitlərin idarə edilməsi müdiriyyətinin müdiri İsrafil Məmmədov binanın alınmasını şərh edərkən bildirib ki, fond son iki daşınmaz əmlak investisiyası ilə artıq Avropanın iki əsas iqtisadi mərkəzlərində - London və Paris şəhərlərinin daşınmaz əmlak bazarlarında təmsil olunub: “Gələn ildə də ARDNF güclü fundamental bazar əsaslarına söykənən dünyanın önəmli şəhərlərinin əsas mərkəz-biznes ərazilərində yüksək icarə haqları ilə səciyyələnən, müasir maddi-texniki təchizatla təmin olunmuş ofis binalarının alınmasını həyata keçirərək kifayət qədər diversifikasiya olunmuş daşınmaz əmlak portfelinin yaradılması istiqamətindəki işlərinə davam edəcək”.Qeyd edək ki, 1 dekabr 2012-ci il tarixinə ARDNF-ın vəsaitlərinin ümumi həcmi 33 895 mln. ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir