Azərbaycan polisi ata və oğulun 'bazar'ını batırdı

Azərbaycan polisi ata və oğulun
Bütün Xəbərlər
19:38 15.11.2012
1110
Səyəzən rayonunda polisin “Qara Siyəzən” adlı əməliyyatı uğurla nəticələnib. Siyəzən rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Yusif Ələsgərovun verdiyi məlumata görə, əməliyyat noyabrın 13-də keçirilib.“Baxmayaraq ki, 13 rəqəmi nəs rəqəm kimi qəbul edilib, lakin bu polisə uğur gətirdi. Biz Siyəzənin Qara Siyəzən kəndində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan ata və oğulu ifşa etdik”, - deyə Yusif Ələsgərov bildirib.Rəisin sözlərinə görə, 49 yaşlı Bədəl Nəzərov və onun 21 yaşlı oğlu Elmar Nəzərov barəsində daxil olmuş məlumata əsasən, onların evlərinə baxış keçirilərkən həyətdən külli miqdarda narkotik vasitələr aşkarlanıb.Belə ki, plastmas qabda 55 kibrit qutusunda marixuana, 265 qutu marixuana toxumu və digər narkotik vasitələr tapılıb. E. Nəzərov polisə bildirib ki, narkotik vasitələrdən atasının xəbəri yoxdur. O etiraf edib ki, narkotik vasitələri satmaq məqsədilə saxlayıb.Hazırda E. Nəzərov saxlanılıb, atasının isə bu məsələdən xəbərinin olub-olmaması araşdırılır.Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
//anspress
OXŞAR XƏBƏRLƏR