Azərbaycan Polisi – dövlətçiliyin sipəri, sabitliyin təminatçısı

Azərbaycan Polisi – dövlətçiliyin sipəri, sabitliyin təminatçısı
SOSİAL
14:24 12.02.2026
1009
Dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, təhlükəsizlik risklərinin artdığı bir dövrdə dövlətlərin gücü yalnız iqtisadi potensialla deyil, həm də daxili sabitliyin səviyyəsi ilə ölçülür.
 
Bu baxımdan Azərbaycan sabitlik adası, təhlükəsizlik məkanı kimi seçilir. Bu reallığın arxasında isə Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və onun formalaşdırdığı güclü dövlətçilik modeli dayanır. Cənab Prezidentin siyasətində təhlükəsizlik məsələsi hər zaman prioritet olub. Çünki təhlükəsizlik olmayan yerdə inkişafdan, iqtisadi tərəqqidən, beynəlxalq əməkdaşlıqdan danışmaq mümkün deyil.
 
Məhz bu uzaqgörən yanaşma nəticəsində Azərbaycanda güclü iqtisadiyyatla yanaşı, güclü təhlükəsizlik sistemi formalaşıb. Bu sistemin önündə isə Azərbaycan Polisi dayanır. Azərbaycan Polisi təkcə hüquq-mühafizə orqanı deyil – o, dövlətçiliyin sipəridir. Polis əməkdaşları gündəlik xidmətləri ilə ictimai asayişi qorumaqla yanaşı, ölkəmizin sabitliyinə yönələn hər hansı təhdidin qarşısını qətiyyətlə alır. Onların gecə-gündüz xidmət aparması, vətəndaşların təhlükəsizliyini təmin etməsi, qanunun aliliyini qoruması Prezident cənab İlham Əliyevin təhlükəsizlik strategiyasının real və canlı təzahürüdür. Bu gün Azərbaycanın istənilən bölgəsində, istər paytaxt Bakıda, istərsə də ən ucqar yaşayış məntəqəsində insanlar arxayınlıqla yaşayırsa, gecənin istənilən saatında sərbəst hərəkət edə bilirsə, bu, Azərbaycan polisinin peşəkarlığının, intizamının və dövlətə sədaqətinin nəticəsidir. Xarici qonaqların ölkəmizdə yüksək təhlükəsizlik mühitini xüsusi vurğulaması da təsadüfi deyil.
 
Cənab Prezident hüquq-mühafizə orqanlarına daim xüsusi diqqət və qayğı göstərir. Polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazanın müasirləşdirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, peşə hazırlığının artırılması istiqamətində atılan addımlar bir məqsədə xidmət edir – dövlətçiliyin dayaqlarını daha da möhkəmləndirmək. Dövlət başçısının polisə verdiyi yüksək qiymət əslində onların dövlətə və xalqa sədaqətli xidmətinin etirafıdır. Azərbaycan polisi hər zaman Prezidentə, dövlətə və xalqa sadiq olub və bu sədaqət praktik fəaliyyətlə sübut olunub. Onlar yalnız qanunun keşiyində dayanmır, həm də milli maraqların qorunmasında, ictimai sabitliyin təminində və dövlətçiliyin möhkəmləndirilməsində fəal rol oynayırlar. Bu, sadəcə xidmət deyil – bu, dövlətə sədaqət missiyasıdır.
 
Beynəlxalq təcrübə göstərir ki, sabitlik və təhlükəsizlik olmayan ölkələrdə nə böyük investisiya layihələri reallaşa bilər, nə də ciddi strateji əməkdaşlıqlar qurula bilər. Bu gün dünyanın aparıcı dövlətlərinin və iri şirkətlərinin Azərbaycanla tərəddüdsüz əməkdaşlıq etməsinin əsas səbəblərindən biri ölkəmizdə sabitliyin və ictimai asayişin yüksək səviyyədə təmin olunmasıdır.
 
Bu sabitliyin əsas dayaqlarından biri isə güclü, intizamlı və sədaqətli Azərbaycan Polisidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə formalaşan güclü dövlət modeli bir həqiqəti təsdiqləyir: güclü liderlik güclü təhlükəsizlik sistemi yaradır, güclü təhlükəsizlik isə güclü dövlətin əsasını təşkil edir. Azərbaycan Polisi bu modelin ayrılmaz hissəsi, dövlətçiliyin sipəri və xalqın etibarlı dayağıdır.

Ramiz Alıyev
İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
21:33 06.11.2026
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
21:27 06.11.2026
Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
21:18 06.11.2026
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
21:13 06.11.2026
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
21:03 06.11.2026
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
20:56 06.11.2026
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
20:50 06.11.2026
Göygöldə 37 yaşlı şəxs bıçaqlandı
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
20:46 06.11.2026
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
20:39 06.11.2026
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
20:35 06.11.2026
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nuran yeni layihəsini təqdim etdi
20:29 06.11.2026
Nuran yeni layihəsini təqdim etdi
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
20:21 06.11.2026
Vyanada Xalq artisti Faiq Sücəddinovun yaradıcılıq gecəsi keçirilib
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
20:12 06.11.2026
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
20:06 06.11.2026
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
20:00 06.11.2026
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub
19:52 06.11.2026
Rusiya son bir həftədə Ukraynanın 5300-dən çox dronunu vurub