Azərbaycan premyer-liqasında legioner limiti yenidən müzakirə olunacaq

Azərbaycan premyer-liqasında legioner limiti yenidən müzakirə olunacaq
İDMAN
16:51 25.12.2012
1224

AZXEBER.COM-un verdiy məlumata görə, tədbirdə "Simurq"un prezidenti Anar Bəkirov, "İnter" PİK-in prezidenti Georgi Nikolov, "Qarabağ" klubunun direktoru Emrah Çelikel, "Neftçi" Peşəkar Futbol Klubunun vitse-prezidenti Tahir Süleymanov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "Xəzər Lənkəran" FK-nın vitse-prezidenti Tuyqun Nadirov, AZAL PFK-nın vitse-prezidenti Fikrət Hüseynov, "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev, "Turan"ın vitse-prezidenti Namiq Məstanov, "Bakı" FK-nın icraçı-direktoru Yaşar Seyidov, "Rəvan" klubunun vitse-prezidenti Bəhruz Şirəliyev və "Kəpəz" PFK-nın vitse-prezidenti Kamran Hüseynov iştirak ediblər. Görüş zamanı ölkəmizdə futbolun inkişafı ilə bağlı müxtəlif məsələlər ətraflı müzakirə olunub. Klub nümayəndələri təklif irəli sürüb ki, uşaq futbolunun inkişafı üçün UEFA tərəfindən hər il hər bir kluba ayrılan vəsait qarşıdakı iki il ərzində AFFA tərəfindən onların büdcəsinə ödənilməsin və həmin pul vəsaiti hesabına Tovuz və Gəncə şəhər stadionlarının ot örtüyü yeni süni ot örtüyü ilə əvəzlənsin. 2013-cü ilin mart-aprel ayları ərzində klubların nəzdindəki U-19 komandaları arasında kubok yarışının keçirilməsi barədə razılıq əldə olunub və vurğulanıb ki, bu turnirdə iştirak etmək məcburi deyil. Legionerlərin sifarişi üçün ödənilən vəsait, legioner limiti, eyni zamanda sifariş ərizəsində legioner futbolçuların ümumi limitinin tətbiqi ilə bağlı məsələlərin İcraiyyə Komitəsinin növbəti iclasında müzakirə olunması təklifi səsləndirilib. Müzakirə olunan digər məsələ Topaz Premyer Liqasının keçirilmə sistemi olub və əksər klublar hazırkı "6-lıq" sistemindən razılığını bildirib və təklif olunub ki, növbəti mövsümdən etibarən çempionatın təsnifat mərhələsi qış fasiləsinə qədər başa çatsın. Klub rəhbərlərinə tövsiyə olunub ki, UEFA-nın tələblərinə uyğun olaraq, lisenziyalaşdırma prosesinə, xüsusilə maliyyə meyarı məsələsinə daha diqqət və həssaslıqla yanaşılsın. Klub nümayəndələri görüşün təşkili ilə bağlı PFL və AFFA rəhbərliyinə minnətdarlıq edib. Sonda klublara iştirak etdikləri turnirlərdə uğurlar arzulanıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
00:27 17.04.2026
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
00:13 17.04.2026
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
00:10 17.04.2026
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
00:09 17.04.2026
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
00:01 17.04.2026
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
23:55 16.04.2026
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
23:44 16.04.2026
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
23:33 16.04.2026
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
23:20 16.04.2026
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
23:10 16.04.2026
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
22:50 16.04.2026
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
22:46 16.04.2026
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
22:39 16.04.2026
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
22:29 16.04.2026
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
22:19 16.04.2026
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
“BMW” ilə motosiklet toqquşdu
22:05 16.04.2026
“BMW” ilə motosiklet toqquşdu