Azərbaycan prezidenti hərbi çağırışla bağlı fərman imzaladı

Azərbaycan prezidenti hərbi çağırışla bağlı fərman imzaladı
Bütün Xəbərlər
01:58 08.09.2011
1779
Xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılacaqlarAzərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. 

AZXEBER.COM-un “AzərTAC”a istinadən verdiyi məlumata görə, fərmanda qeyd olunur ki, 1993-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci il oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar. 

OXŞAR XƏBƏRLƏR