Azərbaycan prezidenti nüvə təhlükəsizliyi üzrə II zirvə toplantısına dəvət olunub

Azərbaycan prezidenti nüvə təhlükəsizliyi üzrə II zirvə toplantısına dəvət olunub
Bütün Xəbərlər
13:00 10.01.2012
1085
Azərbaycan prezidenti İlham Əliyev bu ilin mart ayında Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək nüvə təhlükəsizliyi üzrə II zirvə toplantısına dəvət olunub.
Bu barədə APA-ya Cənubi Koreyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Səfirlikdən hələlik dəvətə cavab alınmadığı bildirilib.
Xatırladaq ki, nüvə təhlükəsizliyinə dair ilk toplantı 2010-cu ildə Vaşinqtonda keçirilib. Azərbaycan bu tədbirdə iştirak etməyib.
OXŞAR XƏBƏRLƏR