Azərbaycan prezidenti Sinqapurun baş naziri ilə görüşdü - FOTO

Azərbaycan prezidenti Sinqapurun baş naziri ilə görüşdü - FOTO
Bütün Xəbərlər
12:07 21.11.2012
836
Azərbaycan prezidenti İlham Əliyev noyabrın 21-də dövlət səfəri çərçivəsində Sinqapurun Baş naziri Li Hsien Loonq ilə görüşüb.
AZXEBER.COM-un məlumatına görə, geniş tərkibdə keçirilən görüşdə dövlətlər arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan və Sinqapur arasında qarşılıqlı sərmayə qoyuluşu məsələlərinin müzakirəsi zamanı vurğulanıb ki, bu istiqamətdə artıq müəyyən fəaliyyət mövcuddur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sinqapurda, habelə qarşı tərəfdən də bir neçə şirkət Azərbaycanda iş qurub.
Görüşdə hər iki tərəf üçün maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı səfərlərin daha tez-tez həyata keçirilməsinin əməkdaşlığın uğurlu inkişafında əhəmiyyəti vurğulanıb.
OXŞAR XƏBƏRLƏR