Azərbaycan prezidenti Türkiyə baş nazirinə anasının vəfatı münasibətilə başsağlığı verib
Bütün Xəbərlər
19:06 07.10.2011
1518
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.Başsağlığında deyilir: “Ananız Tənzilə Ərdoğanın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm”.