''Azərbaycan qardaş Fələstin xalqına suveren dövlətin yaradılması istiqamətində bir daha öz dəstəyini bildirir''

Bütün Xəbərlər
14:14 16.11.2012
778
"Bu gün İslam Ümməti çoxsaylı çağırış və əngəllərlə üzləşmişdir. Yaxın Şərq regionunda son hadisələr qlobal siyasətin əsas və həlli təcili olan məsələlərdən birinə çevrilib. Təəssüflər olsun ki, davam edən münaqişələr və müharibələr insanların ağrı-acılarını daha da dərinləşdirir və nəticədə minlərlə mülki vətəndaş həlak olur və çoxsaylı insanlar öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalır".Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu Sessiyasında çıxışı zamanı deyib. Bu haqda məlumatı XİN-in mətbuat xidməti yayıb.Nazirin sözlərinə görə, bu istiqamətdə, rəsmi Bakı Azərbaycanda Suriyadakı vəziyyətdən dərin narahatlıq keçirir."BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan Suriyadakı vəziyyətə ən yüksək məsuliyyət hissi ilə yanaşıb. Beynəlxalq ictimaiyyətlə birgə Azərbaycan hazırkı böhranın suriyalıların özlərinin iştirakı ilə aparılan siyasi proses vasitəsilə həlli üçün konstruktiv yanaşmasını davam etdirməyə hazır olduğunu bildirir və Suriyanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini vermək əzmində olduğunu bir daha bəyan edir. Bundan əlavə, Suriyada zəngin tarixi mirasa malik çoxlu sayda mühüm İslam mədəni abidələri və yerləri mövcuddur. Biz həmçinin bu kimi yerlərin dağıdılmasının qarşısını almaq istiqamətində səylərimizi davam etdirməli və mədəni irsin gələcək nəsillər üçün qorunub saxlanılmasına nail olmalıyıq".Nazir qeyd edib ki, Azərbaycanın Fələstindəki vəziyyətlə bağlı narahatlığı qalmaqdadır. "Azərbaycan qardaş Fələstin xalqına sülh və sabitliyin əldə olunması və paytaxtı Əl-Qüds şəhəri olmaqla suveren və müstəqil dövlətin yaradılması istiqamətində bir daha öz dəstəyini bildirir. Biz, Fələstin xalqının ehtiyac duyduğu yardımın çatdırılması üçün təşkilatımızı səfərbər etdiyinə görə İƏT-in Baş Katibinin fəaliyyətini yüksək qiymətləndiririk. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qəzzadakı son hərbi toqquşmalar və vəziyyətin pisləşməsi ilə bağlı narahatlığımızı bildiririk. Məlumat vermək istərdim ki, bununla bağlı Nyu Yorkda BMT-nin Baş Qərargahında məsləhətləşmələr artıq başlamışdır".E. Məmmədyarov bildirib ki, bundan əlavə, Azərbaycan hökuməti Mali və Sahel regionunda mövcud vəziyyətdən narahatdır.O, Azərbaycan dost Malidə cərəyan edən hadisələri narahatlıqla müşahidə etməkdə olduğunu qeyd edib. Nazir deyib ki, bu hadisələr yerli və regional çərçivəni aşmaqla bütövlükdə qitənin sabitliyi və təhlükəsizliyinə ciddi təhdid təşkil edir. "Bu baxımdan, biz Afrika Birliyi, ECOWAS və beynəlxalq birliyin sabitliyin bərqərar olunması və Malinin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin olunması prosesinin uğurla yekunlaşması istiqamətində etdiyi səylərini tam dəstəkləyirik.Biz, həmçinin son zamanlar Myanmar İttifaqının Rakhine Ştatında baş vermiş xoşagəlməz hadisələr və yuxarıda qeyd edilən regionda yaşayan Rohinghya müsəlmanlarının vəziyyətindən narahatlığımızı bildiririk. Biz, Myanmardakı Rohinghya Müsəlman İcmasının müsəlman bacı və qardaşlarımızla həmrəyik və günahsız mülki şəxslərin hüquqlarının pozulması və kütləvi qətl hallarını pisləyirik".Onun sözlərinə görə, tarixən İslam hər zaman insanlığın zəngin mədəniyyəti və ali məqsədlərini daşıyan və yayan, dünyada tolerantlığın və sülhün tərəfdarı olmaqla, inancından asılı olmayaraq bütün dünya millətlərinin inkişafı və harmoniyasına böyük töhfələr verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
10:58 23.08.2025
BDYPİ: Sürücülərin yorğunluğu və yuxusuzluğuna görə baş verən yol qəzalarının sayı artıb
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
10:49 23.08.2025
Bakıda 12 yaşlı oğlan amansızlıqla döyüldü
3 deputatın övladı TƏLƏBƏ OLDU
10:35 23.08.2025
3 deputatın övladı TƏLƏBƏ OLDU