Azərbaycan qələbəyə sevindi, Türkiyə üzüldü: "Bu kez olmadı Gardaş"
İDMAN
23:19 06.09.2011
1957
Sentyabrın 2-də Belçikadan xal alıb Türkiyəni sevindirən milli komandamız bu dəfə qardaş ölkəni məyus edib. Çünki Türkiyənin ikinci pilləni tutub Avropa çempionatına vəsiqə qazanması üçün Qazaxıstanın qrup sonuncusu olmaması daha sərfəlidi. Qrupda sonuncu pilləni tutan komandalarla xallar sonradan hesaba alınmayacaq ki, bu da Türkiyəyə sərf etmir. Çünki türklər millimizə uduzduqları halda, Qazaxıstandan 6 xal alıblar. Bu səbəbdən də Türkiyəyə Qazaxıstanla oyunda millimizin məğlubiyyəti lazım idi.Millimizin Qazaxıstanı yenməsi, qadraş ölkə mediasını məyus edib. Türkiyənin aparıcı portallarının millimizlə bağlı manşetlərini təqdim edirik:ligtv.com.tr: "Bu kez olmadı Gardaş"ntvspor.net: "Azerbaycan ikinci yarıda"sporx.com: "Olsun be "qardaş": 3-2"ajansppor.com: "Azerbaycan'da istediğimiz olmadı"/// fanat.az