Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video

Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video
SİYASƏT
14:59 03.07.2026
376
Azərbaycan nümayəndə heyəti İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti bir qədər əvvəl Tehrana çatıb, onları hava limanında İran rəsmiləri qarşılayıb.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

***
Azərbaycan nümayəndə heyəti Tehranda Böyük Müsəlla məscidində Ə.Xamenei ilə vida mərasimində iştirak edib. 

"Tasnim” agentliyi tədbirdən görüntülər yayıb.

OXŞAR XƏBƏRLƏR