Azərbaycan Respublikası Gənclər Təşkilatları Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR

GƏNCLİK
16:58 27.09.2024
1514
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı (NAYORA) ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. 

Tədbirlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində və 24 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində keçirilən antiterror əməliyyatlarında qazandığımız uğurdan, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilib. Tədbirlər çərçivəsində həm panel müzakirə, həm də gənclər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə birgə yürüş baş tutub.

Azərbaycan Respublikası Pedaqoji Universitetində gənclər və gənclər təşkilatlarının nümayəndələri ilə birgə "Qarabağ: Qəhrəmanlarının Dastanı" adlı keçirilən panel müzakirəsində ilk olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Müzakirədə qazilər Vətən müharibəsində keçdikləri döyüş yolu barədə öz təəssüratlarını  bölüşüb və gənclərə Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib. Panel müzakirəsində informasiya müharibəsində gənclərin rolu və onların fəal iştirakı mövzusuna toxunulub.Gənclərin sosial mediada və informasiya cəbhəsində vətənpərvərlik ruhunu təbliğ etməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirlərin davamı olaraq 2000-dən çox gəncin və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə İkinci Fəxri Xiyaban ziyarət edilərək şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin milli şüurunu artırmaq və vətənpərvərlik hissini gücləndirməkdir.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib