Azərbaycan Rusiyanı təşvişə saldı

Azərbaycan Rusiyanı təşvişə saldı
Bütün Xəbərlər
11:01 29.02.2012
1872

Bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb

Rəsmi Bakı Qəbələ Radiolokasiya Stansiyasının (RLS) icarəsinə görə Rusiyadan 7 milyon dollar əvəzinə 300 milyon dollar tələb edir və güzəştə getmək istəmir. Bu barədə Rusiyanın "Kommersant" qəzeti yazıb. Məlumata görə, Rusiya Müdafiə Nazirliyindən isə bu məbləğ qeyri-adekvat hesab edilib və Rəsmi Bakının fikrini dəyişdirməyəcəyi təqdirdə Qəblə RLS-dən çıxacaqları bildirilib. Qeyd edək ki, Rusiya Qəbələ RLS-in icarə müddətini 2025-ci ilədək artırmaq istəyir. Məsələ Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukov Azərbaycan müdafiə naziri Səfər Əbiyev arasında ikitərəfli görüşdə də müzakirə edilib. Qəbələ RLS-in hazırki icarə müddəti 2012-ci ildə başa çatır. Xatırladaq ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq Rusiya ildə 7 milyon dollar icarə haqqı ödəməklə 2012-ci ilə kimi icarəyə verib. (anspress)

OXŞAR XƏBƏRLƏR