Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov möcüzəli şəkildə son anda ölümdən qurtulub.
Gün.Az RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, Pakistanda Mi-17 vertolyotunun qəzaya uğraması nəticəsində həlak olanlar arasında xarici ölkələrin səfirləri də var.
Pakistan Ordusundan verilən məlumata görə, vertolyot sərt eniş edərkən məktəb binasına çırpılıb və yanıb.
Hadisə nəticəsində Norveç və Filippinin səfirləri həlak olub.
Qeyd edək ki, Azərbaycanın səfiri həmin vertolyotda uçmalı imiş, amma son anda iş qrafikindəki dəyişikliyə görə vertolyota minməyib.