Azərbaycan səfirliyinin əməkdaşlarının ailələri Dəməşqdən çıxarıldı
Bütün Xəbərlər
14:25 16.04.2012
1091
Azərbaycanın Suriyadakı səfirliyinin əməkdaşlarının ailələri təhlükəsizlik məqsədilə Dəməşqdən çıxarılaraq Vətənə göndərilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O, səfirliyin işçilərinin ölkədən çıxarılması barədə isə hələlik göstəriş olmadığını, səfirliyin normal qaydada, tam heyətlə fəaliyyətini davam etdirdiyini deyib.