2013-cü ilin dövlət büdcəsində Azərbaycanda səhiyyə xərcləri üçün 666,3 milyon manat ayrılması nəzərdə tutulur.APA-nın məlumatına görə, bu, 2012-ci illə müqayisədə 3,6 milyon manat çoxdur. Ayrılan vəsaitin 326,8 milyon manatı (49,4 faiz) xəstəxanaların, 98,8 milyon manatı (14,7 faiz) yerli poliklinika və ambulatoriyaların saxlanılmasına, 232,4 milyon manatı (34,9 faiz) səhiyyə sahəsində digər xidmətlər üzrə xərclərə, 9,1 milyon manatı (1,4 faiz) səhiyyə sahəsində tətbiqi tədqiqatlar və səhiyyə sahəsində aid edilən digər xidmətlər üzrə xərclərə yönəldiləcək.Gələn il səhiyyə xərcləri üçün ayrılan vəsaitin 173,9 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcək. Vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 5,0 milyon manat, HİV/AIDS-in qarşısının alınması və onunla mübarizəyə 3,0 milyon manat, səhiyyə müəssisələrinin yenidən qurulması və əsaslı təmirinə 3,3 milyon manat, ana və uşaqların sağlamlığının qorunması üzrə tədbirlərə 2,0 milyon manat, qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərə 1,6 milyon manat və digər tədbirlərə vəsait ayrılması nəzərdə tutulub.