Azərbaycan səhnəyə 13-cü çıxacaq - PÜŞK ATILDI

Azərbaycan səhnəyə 13-cü çıxacaq - PÜŞK ATILDI
MƏDƏNİYYƏT
00:43 21.03.2012
3814

Azərbaycan finalda 13-cü çıxış edəcək

AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu gün Eurovision Mahnı Müsabiqəsi 2012-də təmsil olunan ölkələrin çıxış ardıcıllığı müəyyən edilib. Eurovision 2012-də çıxış edən 42 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə Bakıda Eurovision Mərkəzində püşkatma keçirilib.

Püşkatma mərasimi müsabiqəyə ev sahibliyi edən Bakı haqqında təqdimat videosu ilə başlayıb. Daha sonra aparıcılar Leyla Əliyeva və Nərgiz Birk-Petersen Eurovision Mahnı Müsabiqəsi 2012-nin iştirakçısı olan ölkələrin nümayəndələrini Bakıda salamlayıb və bu tədbirin Novruz bayramı günlərinə təsadüf etdiyini bildirib. Eləcə də qədim ənənələri olan Novruz bayramımız barədə, onun adət-ənənələri barədə məlumat verilib.Püşkatma nəticəsində 22, 24 mayda birinci və ikinci yarımfinallarda, eləcə də 26 mayda birbaşa finalda təmsil olunan ölkələrin şouda çıxış ardıcıllığı belədir:

22 May, Birinci yarımfinalda iştirak edən ölkələrin çıxış ardıcıllığı

Monteneqro

İslandiya

Yunanıstan

Latviya

Albaniya

Rumıniya

İsveçrə

Belçika

Finlandiya

İsrail

San Marino

Kipr

Danimarka

Rusiya

Macarıstan

Avstriya

Moldova

İrlandiya

24 May, İkinci yarımfinalda iştirak edən ölkələrin çıxış ardıcıllığı

Serbiya

Makedoniya

Niderland

Malta

Belarus

Portuqaliya

Ukrayna

Bolqarıstan

Sloveniya

Xorvatiya

İsveç

Gürcüstan

Türkiyə

Estoniya

Slovakiya

Norveç

Bosniya və Herseqovina

Litva

26 May, Final

Böyük Britaniya (1)

Fransa (9)

İtaliya (10)

Azərbaycan (13)

İspaniya (19)

Almaniya (20)

OXŞAR XƏBƏRLƏR