Azərbaycan Sənaye Bankı (ASB) bayramda da fəaliyyət göstərəcək

Azərbaycan Sənaye Bankı (ASB) bayramda da fəaliyyət göstərəcək
Bütün Xəbərlər
12:31 28.08.2011
1732
Müştərilərini daim diqqət mərkəzində saxlayan ASB Bank bayram günlərində də fəaliyyət göstərəcəkdir. Belə ki, Park Bulvar AVM-də yerləşən Park Bulvar filialı səhər saat 10:00-dan axşam 22:00-a kimi və Ramstore Xətai supermarketində yerləşən Xətai filialı səhər saat 09:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərəcəkdir.Filiallarımızada aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz.• Fiziki və hüquqi şəxslərin hesablarının açılması• Hesablaşma-kassa xidmətlərinin göstərilməsi• Pul Köçürmələri • Depozitlərin (əmanətlərin) qəbul edilməsi• Valyuta mübadilə əməliyyatlarının aparılması• Rabitə və kommunal ödənişlərin qəbulu• POS Terminal xidmətləri• 7/24 ATM xidmətləri Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir. Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” 1996-cı ildən fəaliyyətə başlayıb. 31 İyul 2011-ci ilin nəticələrinə görə bankın aktivlərinin həcmi 147.456 mln. manat, depozit portfeli 80.455 mln. manat, kredit portfeli 112.218 mln. manat, nizamnamə kapitalı 24.000 mln. manat təşkil edir.
OXŞAR XƏBƏRLƏR