Azərbaycan sərhədçilərindən uğurlu əməliyyat - FOTOLAR
Bütün Xəbərlər
13:03 26.12.2014
736
Azərbaycan sərhədçiləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya məlumat verilib.Məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Nəticədə 7 kq 800 qram qurudulmuş marixuana dövriyyədən çıxarılıb.Hazırda fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.