Ermənistan KİV Azərbaycan ordusunun tanklarnını cəbhə xəttinə doğru irəliləməsi barədə məlumat yayıb
Ermənistan silahlı qüvvələri atəşkəsi bu gecə də müxtəlif istiqamətlərdə pozaraq milli ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Qarşı tərəf cavab atəşilə susdurulub. Ermənistan Kütləvi İnformasiya Vasitələri Azərbaycan ordusunun tanklarının cəbhə xəttinə doğru irəliləməsi barədə məlumat yayıb.Haqqın.az saytı bu məlumata Azərbaycan Müdafiə Nazirliyindən münasibət öyrənməyə çalışıb. Son nəticədə Müdafiə Nazirliyindən sayta bildiriblər ki, Azərbaycan silahlı qüvvələri cəbhə xəttində öz mövqelərini gücləndirmək üçün bütün vasitələrdən istifadə edir və Ermənistan tərəfinin bütün təxribatlarının qarşısı alınacaq.