DGK məlumat yaydı.
Azərbaycan spirtli və spirtsiz məhsulların ixracını azaldıb.
Bu barədə AZXEBER.COM-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, 2015-ci ilin yanvar ayında Azərbaycan 327.11 min dollar dəyərində spirtli və spirtsiz məhsullar ixrac edib. Bu da 2014-cü ilin ilk ayına nisbətən 3,8 dəfə azdır. Spirtli və spirtsiz məhsulların ixracı 2015-ci ilin yanvar ayında ümumi ixracın 0,03%-ni təşkil edib. 2014-cü ilin müvafiq dövründə isə Azərbaycan 1 milyon 242.74 min dollar dəyərində spirtli və spirtsiz məhsullar satıb ki, bu da 2014-cü ilin yanvarında ümumi ixracın 26,32%-i deməkdir.