Azərbaycanda iki vaksinin birgə tətbiqinin sınağına icazə verildi

Azərbaycanda iki vaksinin birgə tətbiqinin sınağına icazə verildi
İQTİSADİYYAT
15:43 09.02.2021
635
Azərbaycan "Sputnik V” və "Astrazeneca” şirkətlərinin COVİD-19-A qarşı vaksinlərin birgə tədqiqatına icazə verildi 
 
 "Sputnik V” və "AstraZeneca” vaksinlərin birgə tədbiqinin kliniki tədqiqatları 2021-ci ilin fevralında başlayacaq;

 Tədqiqatlar vaksinlərin kombinə edilmiş istifadəsinin immunogenliyini və təhlükəsizliyini qiymətləndirməyə imkan verəcək;

 Birgə tədqiqatlar gələcək mutasiyalara qarşı mübarizə yanaşmasının yaradılması üçün vacibdir

8 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi "Sputnik V” vaksininin və "AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılması üçün icazə vermişdir. Bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur.

Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), "AstraZeneca” şirkəti və "R-Pharm" Şirkətlər Qrupu koronavirus vaksininin hazırlanması sahəsində Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalamışlar.

Dünyada vaksinlərin ilk birgə tətbiqi 24 dekabr 2020-ci ildə qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.

Tədqiqatlar "Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə "AstraZeneca” şirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini və təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.

"Sputnik V” vaksinı haqqında

"Sputnik V” vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü və uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci və ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir və bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır və uzunmüddətli immunitet yaradır. O cümlədən, bu sxem sayəsində "Sputnik V” vaksininin səmərəliliyi 90%-dən çox olur, bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnız "Sputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir.

"AstraZeneca” şirkətinin vaksini haqqında

Vaksin "Vaccitech” şirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanmışdır. Bu şimpanzedə infeksiyaya səbəb olan adi soyuqdəymə virusunun (adenovirusun) zəifləmiş versiyası əsasında şimpanzenin replikasiya qüsurlu virus vektorundan istifadə edir və SARS-CoV-2 (severe acute respiratory syndrome coronavirus 2 – 2-ci növ koronavirusun səbəb olduğu ağır kəskin respirator sindromu) zülalının genetik materialından ibarətdir. Vaksinasiyadan sonra zülalın səthi sintezi baş verir. Bu da, bu virusun ehtimal edilən sonrakı infeksiyası zamanı SARS-CoV-2-yə qarşı immunitet reaksiyasının yaranmasına səbəb olur.

Xatırladaq ki, 9 dekabr 2019-cu ildə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə "R-Pharm” Şirkətlər Qrupunun yeni istehsal kompleksinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Bakıdakı "R-Pharm” əczaçılıq kompleksi MDB məkanında ən müasir istehsal sahələrindən biridir. Yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş dərman zavodun sahəsi 4,6 hektardır.

"R-Pharm" zavodu Azərbaycan bazarı üçün onkoloji, kardioloji, endokrin, hemotoloji, antibakterial, virus və sairə kimi ictimai cəhətdən əhəmiyyətli xəstəliklərin terapiyasına yönəldilmiş dərmanlar istehsal edəcək. Eyni zamanda, hepatit C, şəkərli diabet, vərəm və onun kəskin ağır, formalarından əziyyət çəkən pasiyentlər qabaqcıl terapiyadan yararlanmaq imkanı əldə edəcəklər.

Dekabrın sonunda "R-Pharm" Şirkətlər Qrupu Azərbaycanda iki özünə məxsus işlənməsi - Koronavir (favipiravir) və Artlegia (olokizumab) dərman vasitələrin qeydiyyat prosesi başa çatdmışdır. Bu preparatlar xaricdə təsdiqlənmiş COVİD-19-un müalicəsi üçün şirkətin ilk dərmanlarıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış tiktoker həbs edildi
16:22 30.07.2026
Tanınmış tiktoker həbs edildi
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
16:06 30.07.2026
Azərbaycanlı dənizçilərin olduğu gəmi PUA ilə vuruldu
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
16:02 30.07.2026
Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
15:59 30.07.2026
Köhnə binalar niyə daha gözəl idi? – Memar səbəbləri açıqladı
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
15:44 30.07.2026
Subbakalavrların universitetlərə qəbulu dayandırılır? - AÇIQLAMA
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
15:35 30.07.2026
Gənclər niyə televiziya telekanallarına baxmır? - Media ekspertlərindən açıqlama
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
15:07 30.07.2026
DİN-dən növbəti əməliyyat: 57 kiloqram narkotik və 1981 həb müsadirə edildi
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
15:04 30.07.2026
Azərbaycanlı gənc tədqiqatçının elmi məqaləsi Scopus indeksli beynəlxalq hüquq jurnalında dərc olunub
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
14:49 30.07.2026
Ermənistanda Nazirlər Kabineti istefa verir, bundan sonra nə olacaq? - Erməni jurnalistdən açıqlama
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
14:34 30.07.2026
Avqustda rekord istilər gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
14:28 30.07.2026
Mərdəkanda dənizdə batan yeniyetmənin meyiti tapıldı
Əməkdar artistlə bağlı üzücü xəbər
14:12 30.07.2026
Əməkdar artistlə bağlı üzücü xəbər
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
14:09 30.07.2026
Pakistanda bina çökdü: Ölən və yaralananlar var
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
13:59 30.07.2026
Xoşqədəm Hidayətqızı Rauf Arifoğlu haqda yazdı
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
13:56 30.07.2026
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı
13:41 30.07.2026
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı