"Azərbaycan teatr tarixində inqilab gözlənilir”

GƏNCLİK
16:47 09.10.2011
2100

Bu sözləri Ucar rayonundan festivala qoşulan truppanın rejissoru Elçin İslam söyləyib.

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir. Festivala 4 bölgə truppası və 6 paytaxt truppası qoşulub. Mövzu ilə bağlı olaraq AZXEBER.COM portalının əməkdaşı bölgələrdə gedən işlərlə maraqlanıb.

Ucar rayonundan festivala qoşulan gənclərdən təşkil edilmiş truppanın rejissoru Elçin İslam artıq səhnədə məşqlərin getdiyini söyləyib: “Həftənin 6 günü məşqlər gedir. Tatirofkalar qurulub, mizanlar qurulub, obrazlar paylaşdırılıb. Hər gün saat 9-dan 12 –yə qədər günorta isə, saat 2-dən 5-ə qədər məşq edirik. Tam hazır olana qədər məşqlərimiz davam edəcək. Sizədə işlərlə müntəzəm olaraq maraqlandığınız üçün minnətdaram. Bu festival Azərbaycan teatr tarixində inqilaba səbəb olacaq".

Zaqatala rayonundan festivala qoşulan gənclərdən təşkil edilmiş truppanın rejissoru Üzeyir Məmmədov musiqi tərtibatının hazır olduğunu söyləyib: “Musiqi tərtibatını özümüz etmişik. Hazırda bütün mətnlər bölüşdürülüb. Qeyd edim ki, bizim hazırlayacağımız iş Mir Abdullanın “Xocalıdan gələn səslər” adlı pyesi əsasında hazırlanacaq. Hətda biz bu pyesdə müəllifin icazəsi ilə bəzi dəyişiklər etmişik. İnanırıq ki, biz Zaqatalanı bu festivalda layiqli təmsil edə biləcəyik”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR