Azərbaycan Tədris Akademiyasının (ASA) təqdimatı olacaq

GƏNCLİK
19:18 07.12.2011
2981

 Ölkəmizdə gənclər siyasətinə böyük önəm verildiyi və bu sahədə olan təşəbbüslərin dəstəkləndiyi bir zamanda Bakıda Azərbaycan Tədris Akademiyası (A.S.A) təlim qurumu fəaliyyətə başlayır. Bu haqda AZXEBER.COM-a akademiyanın rəhbəri İlhamə Novruzova məlumat verib.

Müxtəlif ixtisaslı tələbə və gənclər üçün nəzərdə tutulan bu akademiya və onun tərkibində fəaliyyət göstərəcək təlim kursları gələcəyin peşəkarlarının nəzəri cəhətdən daha məlumatlı, daha təcrübəli mütəxəssis olaraq yetişmələrinə zəmin hazırlığı məqsədi daşıyır.

A.S.A – nın hədəfi Azərbaycanda müasir templərə və beynəlxalq standartlara uyğun şəkildə təlim almış insanları və resursları bir araya gətirəcək innovasiya mərkəzi qurmaqdır. Azərbaycan Tədris Akademiyası bu gün hər bir şirkətdə, qurumda böyük ehtiyac duyulan ixtisaslı, müasir kadrların yetişməsi üçün özünəməxsus təlim «poliqonu» olacaq. Azərbaycan Tədris Akademiyasında (Azerbaijan Study Academy) 4 istiqamət üzrə (Media, menecment, yaradıcılıq və psixologiya) peşəkar təlimlər olacaq. Media School – da ölkədə tanınmış media mənsublarının kursları və ustad-dərsləri təşkil ediləcək – İlhamiyyə Rzayeva, Nərgiz Cəlilova, Vəfalı Ənsər, İlhamə Novruzova, Samirə Mustafayeva və başqaları öz dəst-xətlərini gənc nəslə ötürəcəklər. Tədbirdə bir sıra millət vəkilləri (Məlahət Həsənova, Jalə Əliyeva, İlham Məmmədov, Sevinc Hüseynova, Rafael Cəbrayılov və s), Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər, gənclər təşkilatları, həmçinin QHT və ictimaiyyət nümayəndələri iştirak edəcək. Dekabrın 8 - də saat 14:00 –da Azərbaycan Tədris Akademiyasının ofisində (Ağasadıq Gəraybəyli küçəsi, 37 A (Ayna Sultanova heykəlinin yanı)) keçiriləcək təqdimat mərasimində Sizi də sıralarımızda görməkdən məmnun olardıq.

OXŞAR XƏBƏRLƏR