Azərbaycan televiziyaları ilə bağlı yeni kitab yazıldı

Azərbaycan televiziyaları ilə bağlı yeni kitab yazıldı
MEDİA
13:03 09.10.2017
1852
Telejurnalist Billurə Aslanqızının yeni kitabı işıq üzü görüb.
 
AZXEBER.COM xəbər verir ki, "Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri” adlanan kitabda Azərbaycanda televiziyanın təşəkkülü, yaradıcı mühit və ilk proqramlar, televiziya yayımının inkişaf mərhələləri, hər bir mərhələni xarakterizə edən cəhətlər, proqram şəbəkəsi, uğurlar və qüsurlar; yerli televiziyanının sovet dövrü mənzərəsinə müasir baxış, müqayisəli təhlillər, eləcə də müstəqillik illərinin televiziyası, müasir inkişaf meylləri və bütövlükdə Azərbaycan televiziyasının KİV tarixindəki yeri və rolu kimi məsələlər öz əksini tapıb.
 
Kitabda həmçinin Azərbaycan televiziyasının inkişaf tarixində daha öncə aparılan tədqiqatların da qısa xülasəsi verilib. Yarım əsrdən çox yaşa malik olan Azərbaycan televiziyasının inkişaf mərhələlərinin öyrənilməsi həm bu sahə üzrə təhsil alan tələbələr, həm peşəkar televiziya işçiləri, həm də bütövlükdə Azərbaycan televiziyasının inkişaf yolunu öyrənmək marağında olan oxucular üçün gərəkli ola bilər.
 
"Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri” kitabı Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmovun əmri ilə dərs vəsaiti kimi təsdiq olunub. Xatırladaq ki, müəllif Billurə Aslanqızı uzun müddət Xəzər Televiziyasında çalışıb. "Yaxşısı budur”, "Aynadakı mən” kimi proqramların müəllifi və aparıcısı olub. Bir çox televiziya filminin müəllifidir. Hazırda Billurə Aslanqızı elmi – pedoqoji fəaliyyətlə məşğuldur. O, BDU-nun jurnalistika fakültəsində dərs deyir; filologiya üzrə fəlsəfə doktorudur.
OXŞAR XƏBƏRLƏR