Televiziya kanallarının hazırladığı verilişlərin ictimai maraqları əks etdirməməsi, reytinq bəhanəsi ilə ciddi verilişlərin yayımından uzaqlaşması ictimaiyyəti narahat edən əsas problemlərdən biridir.
Müşahidələrimiz onu göstərir ki, Azərbaycan televiziylarında ən çox izlənilən verilişlər şou xarakterli verilişlərdir. Ancaq bəzi istisnaları da unutmaq lazım deyil. Belə ki, ATV-də yayımlanan “Səni Axtarıram” verilişi hazırda televiziylarda yayımlanan verilişlər arasında reytinq cədvəlində birinci yerdədi. Sözügedən veriliş haqqında isə, tamaşaçıların fikirləri birmənalı deyil. Belə ki, bundan öncə “Toy Olsun”, “Onun yarısı” kimi layihələrə cəmiyyətdə birmənalı fikirlər var idi. Tamaşaçıların böyük çoxluğu bu verilişlərin milli-mental dəyərlərə uyğun gəlmədiyi üçün bağlanmasını istəyirdi. Ancaq “Səni Axtarıram” verilişinin daha çox insanların marağına xidmət etməsi, veriliş haqqında fikirlərin müsbət yöndə dəyişməsinə səbəb olub.
Bəs görəsən Azərbaycan tamaşaçısı hansı verilişlərin bağlanmasını istəyir?
AZXEBER.COM portalının 114 minlik rəsmi “facebook” səhifəsində keçirtdiyi sorğunun nəticəsinə görə, birinci yeri 90%-lə ATV telekanalında yayımlanan “Ümid Var” verilişi tutur.
Digər yerlərdə isə, “Günə Baxan”, "Rəngarəng" “Ay Zaur”, “Elgizli axşamlar” və “Səni axtarıram” verilişləri tutub.
Tamaşaçıların fikrincə bu gün televiziya məkanında radikal dəyişikliklər olmalıdır.
Fatimə İbrahimova