Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk- Anadan övladına böyrək köçürülüb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk-  Anadan övladına böyrək köçürülüb
Bütün Xəbərlər
10:41 27.08.2015
1223

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə klinikasında universitet tarixində ilk dəfə olaraq ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov tərəfindən böyrək transplantasiyası əməliyyatı həyata keçirilib. 

AZXƏBƏR.COM xəbər verir ki, Bu barədə "Report"a ATU-dan məlumat verilib.

1989-cu il təvəllüdlü xroniki böyrək çatışmazlığından əziyyət çəkən və uzun müddətdir ki, hemodializ seansları alan xəstəyə anasından alınan böyrək köçürülüb. Övladına ikinci dəfə həyat verən anadan - donordan böyrək alınma əməliyyatı Azərbaycanda ilk dəfə olaraq endoskopik (retroperitonoskopik) üsulla icra edilib. ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov böyrək köçürülən xəstəyə və donora baş çəkərək onların vəziyyəti ilə yaxından tanış olub.

OXŞAR XƏBƏRLƏR