Azərbaycan Tibb Universitetinin tələbələri təhqir edildi - VİDEO

Azərbaycan Tibb Universitetinin tələbələri təhqir edildi - VİDEO
Bütün Xəbərlər
17:10 10.03.2014
3542

ANS TV-də efirə çıxan yeni layihə bəzi məqamları ilə diqqət çəkib.

AZXEBER.COM xəbər verir ki,“Şəbəkə” adlanan layihədə sosial şəbəkələrdə ən çox paylaşılan mövzulardan danışılıb. Verilişin aparıcısı Murad Əzimzadədir

Layihənin ilk qonağı isə Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev olub. Hafiz Hacıyev söhbət zamanı gündəmi izlədiyini, sosial şəbəkələrdə aktiv olduğunu, seriallardan isə “Kurtlar vadisi”nə baxdığını qeyd edib. Partiya sədri Azərbaycan Tibb Universitetinin tələbələrini "nəşəxor" adlandırmasına da münasibət bildirib.

Diqqət çəkən daha bir məqam “Şəbəkə”nin aparıcısının adı ilə bağlıdır.

ANS TV-də yayımlanan “Ağıl dəryası” verilişinin aparıcısı Murad Əzimzadə bu dəfə özünü Maradona kimi təqdim edib. Amma onun bu adı təxəllüs kimi seçdiyi, yoxsa həqiqi adının Maradona olması tamaşaçılara müəmmalı qalıb.Hafiz Hacıyevin müsahibəsini verilişin 15-ci dəqiqəsindən izləyə bilərsiniz:

OXŞAR XƏBƏRLƏR